Azərbaycanlı futbolçu 1 milyon avroya transfer olunur

Hit: 362
Azərbaycanlı futbolçu 1 milyon avroya transfer olunur

Azərbaycanlı futbolçu Ayaz Quliyev klubunu dəyişməyə hazırlaşır.

Faktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rostov”un yarımmüdafiəçisi Moskva “Spartak”ının maraq dairəsindədi.

Denis Qluşakovun yerinə oyunçu axtarışına çıxan “Spartak” öz yetirməsini qaytarmaq qərarına gəlib. 22 yaşlı oyunçunun meneceri ilə danışıqlara artıq start verilib. Keçidin 1 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən “Spartak”ın əsas komandasında çıxış edən Ayaz Quliyev “Rostov”a bu il məhz Moskva klubundan keçib.









Redaktorun seçimi