Messidən növbəti xeyirxah addım

Hit: 337
Messidən növbəti xeyirxah addım

“Barselona”nın kapitanı Lionel Messinin xeyriyyə fondu Kataloniyada uşaq onkoloji mərkəzinə yardım edib. 

Faktor.az
klubun rəsmi saytına istinadən xəbər verir ki, xeyriyyə fondu SNF fondu ilə birlikdə tikinti işləri üçün 2,6 milyon avro maliyyə ayırıb.

Onkoloji mərkəzin 2020-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq yeni korpusunun təməlqoyma mərasimində Messi də iştirak edib.

Qeyd edək ki, klinikada hazırda 215 nəfər çalışır. Yeni mərkəzdəi isə 400 nəfər işləyəcək.









Redaktorun seçimi