Arda Turana daha bir zərbə

Hit: 260
Arda Turana daha bir zərbə

“Barselona”dan ayrıldıqdan sonra Türkiyəyə qayıdan Arda Turan hələ də “qara zolaq”dan çıxa bilmir.

Bu ilin yanvarında “Başakşehir”ə keçən və o vaxtdan uğurlu oyun sərgiləyə bilməyən 31 yaşlı futbolçuya müğənni Berkayın burnunu qırdığına, sonra isə üstünə silah çəkdiyinə görə həbs cəzası da verilə bilər.

Faktor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bundan başqa son vaxtlar adı daha çox qalmaqallarla gündəmdə olan və formadan düşən Ardanın futbolbazarında qiyməti kəskin şəkildə aşağı düşüb. Qəzetin araşdırmasına əsasən, hazırda onun bazar qiyməti 4 milyon avro təşkil edir. Qəzet yazır ki, bu rəqəm Ardanın qiymətinin düz 30 milyon avro aşağı düşdüyünü göstərir. Məsələ burasındadır ki, “Barselona” futbolçunu 2015-ci ildə “Atletiko”dan 34 milyon avroya almışdı.

Həmçinin bildirilib ki, Arda qiyməti ən çox aşağı enən türk oyunçuları sırasında liderdir.









Redaktorun seçimi