UEFA PSJ-ni cərimələdi

Hit: 367
UEFA PSJ-ni cərimələdi

UEFA Fransanın PSJ klubunu 20 min avro cərimələyib.

Faktor.az qurumun saytına istinadən xəbər verir ki, buna Paris təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Srvena Zvezda" ilə ev oyununun gec başlaması səbəb olub. Klubun baş məşqçisi Tomas Tuhelə isə xəbərdarlıq edilib.

Bundan başqa, hər iki klubun azarkeşlərinin etdiyi hərəkətlərlə bağlı araşdırma aparıldığı bildirilib. Onlar yandırıcı maddələrdən istifadə etmək və qarışıqlıq salmaqda günahlandırılır.

Qeyd edək ki, PSJ - "Srvena Zvezda" görüşü meydan sahiblərinin 6:1hesablı qələbəsi ilə başa çatıb.









Redaktorun seçimi