"Fənərbaxça" Azərbaycanı Rəsulzadənin sözləri ilə təbrik etdi - "Qalatasaray" isə... - FOTOLAR

Hit: 491
"Fənərbaxça" Azərbaycanı Rəsulzadənin sözləri ilə təbrik etdi - "Qalatasaray" isə... - FOTOLAR

"Beşiktaş"dan sonra "Fənərbaxça" və "Trabzonspor" da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib.

Faktor.az xəbər verir ki, bununla bağlı Türkiyə klublarının rəsmi "Feysbuk" səhifələri yazıb.

"Fənərbaxça" xalqımızı Azərbaycan dilində və Məhəmməd Əmin Rəsulzadənin məşhur sözləri ilə təbrik edib: "Bir kərə yüksələn bayraq, bir daha enməz! Azərbaycanın müstəqillik günü mübarək olsun!".

“Qalatasaray” və “Trabzonspor” klubları da bayramla əlaqədar öz sosial şəbəkə hesablarında təbrik paylaşımı edib.

Azərbaycan və Türkiyənin bayraqlarını paylaşan İstanbul klubunun təbrik mətnində bunlar qeyd olunub: “Azərbaycan Cümhuriyyətinin müstəqillik günü mübarək olsun. Əbədi yaşa, Azərbaycan”.

1
1
1








Redaktorun seçimi