Arsen Venger işə başlayacağı tarixi açıqladı

Hit: 366
Arsen Venger işə başlayacağı tarixi açıqladı
"Arsenal"dan ayrılandan sonra işsiz olan Arsen Venger məşqçiliyə qayıdacağı tarixi açıqlayıb.
 
Faktor.az xəbər verir ki, "Bild"ə müsahibə verən fransız mütəxəssis yanvarın 1-dən fəaliyyətə başlayacağını deyib.
 
68 yaşlı mütəxəssis yetərincə dincəldiyini və işləməyə hazır olduğunu bildirib: "Yaxşı istirahət etdim. Artıq işləmək vaxtıdı. Düşünürəm ki, yanvarın 1-dən yenidən fəaliyyətə başlayacağam".
 
Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illər ərzində "Arsenal"ın baş məşqçisi vəzifəsində çalışıb. 








Redaktorun seçimi