"Mançester Siti"nin braziliyalısı sıradan çıxdı

Hit: 324
"Mançester Siti"nin braziliyalısı sıradan çıxdı

“Mançester Siti” ciddi itki ilə üzləşib.

Faktor.az xəbər verir ki, "şəhərlilər"in braziliyalı futbolçusu Danilo yığmasının Argentina ilə qarşılaşdığı yoxlama oyununda zədələnib. Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.

Danilo matçın 53-cü dəqiqəsində zədələnərək, Fabio Tavareslə əvəzlənib.

Danilonun zədəsinin ciddi olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı qeyd edilib.

Braziliya - Argentina matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.









Redaktorun seçimi