Şehiç “Qalatasaray”a keçə bilər

Hit: 590
Şehiç “Qalatasaray”a keçə bilər

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç klubunu dəyişə bilər.

Faktor.az yerli mətbuata istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü “Qalatasaray”ın maraq dairəsindədi.

Fernando Musleraya əvəzedici axtaran “cim-bom” “Ərzurumspor”un qolkiperini heyətə cəlb etmək niyyətindədi. Ərzurum klubunda maaşını ala bilməyən 30 yaşlı qapıçı özü də qış fasiləsində ayrılmaq niyyətindədi. Məhz bu amil “sarı-qırmızılılar”ı daha da həvəsləndirir.

Qeyd edək ki, 2013-cü ildən “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç “Ərzurumspor”a bu ilin yayında keçib.









Redaktorun seçimi