"Fənərbaxça" 5 futbolçusunu göndərir

Hit: 405
"Fənərbaxça" 5 futbolçusunu göndərir

“Fənərbaxça” qış fasiləsində 5 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

Faktor.az “Fanatik”ə istinadən xəbər verir ki, “sarı-göy”lər Mateu Valbuena, Roberto Soldado, Aatif Çaheçouhe, Nabil Dirar və Ozan Tufanı satmaq fikrindədir.

Bununla büdcəni artırmağı hədəfləyən İstanbul təmsilçisi eyni zamanda iki futbolçu - yarımmüdafiəçi və mərkəz müdafiəçisi transfer etmək niyyətindədir. Klub rəhbərliyi gənc və istedadlı futbolçuları heyətə cəlb etməyi düşünür.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Supeliqasında 9 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.









Redaktorun seçimi