Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

Hit: 650
Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

“Çelsi”nin futbolçusu Sesk Fabreqas “Ginnesin rekordlar kitabı”na düşüb.

Faktor.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 100 qol ötürməsini hamıdan tez verib. O, cəmi 293 oyunda bu göstəriciyə nail olub.

Bundan əvvəlki rekord isə “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzə məxsus idi. Giqqz 100 qol ötürməsini 367 oyunda etmişdi.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildə "Barselona"dan "Çelsi"yə keçib.









Redaktorun seçimi