"Qalatasaray" Niasseni alır

Hit: 388
"Qalatasaray" Niasseni alır

"Everton"un hücumçusu Omar Niasse karyerasını Türkiyədə davam etdirə bilər.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yanvar ayında “Qalatasaray”a keçəcək.

İddiaya görə, klubunda heyətə düşmək şansı azalan futbolçu da “Qalatasaray"da çıxış etmək istəyir. İstanbul klubunun onu almaq istəməsinin əsas səbəbi kimi isə Türkiyə Superliqasını yaxşı tanıması göstərilir. Niasse 2013-2014-cü illərdə “Akhisar” klubunda çıxış edib.

Qeyd edək ki, 2020-ci ilə qədər “Everton”la müqaviləsi olan seneqallı futbolçu bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb və heç nə ilə yadda qalmayıb.

Xatırladaq ki, Omar Niasse vaxtilə Bakı "İnter"i və "Qəbələ”də çıxış etmiş İbrahima Niassenin qardaşıdır.









Redaktorun seçimi