"Neftçi"nin futbolçusu millidə qol vurdu - VİDEO

Hit: 481
"Neftçi"nin futbolçusu millidə qol vurdu - VİDEO

"Neftçi"nin futbolçusu Soni Mustivar Haiti millisinin heyətində növbəti qolunu vurub.

Faktor.az
klubun  rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində hesabı açıb.

Bu, Mustivarin Haiti yığmasının heyətində 2-ci qolu (13 oyuna) olub. Mustivar 90+1-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Haitinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Haiti millisində çıxış edən "Qarabağ"ın yarımmüdafiəçisi  Donald Gerye zədə səbəbindən yığmaya dəvət almayıb.









Redaktorun seçimi