"Qarabağ"ın legioneri üçün 58 dəqiqə və məğlubiyyət

Hit: 391
"Qarabağ"ın legioneri üçün 58 dəqiqə və məğlubiyyət

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin yığmasında növbəti oyununu keçirib.

Faktot.az xəbər verir ki, 25 yaşlı futbolçu millisinin UEFA Millətlər Liqasının Norveçlə oyununda iştirak edib. 58 dəqiqə meydanda qalan Slavçev daha sonra komanda yoldaşı Kristian Malinovla əvəzlənib.

Qeyd edək ki, görüş Norveç seçməsinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Bolqarıstan millisi ilk pillədəki mövqeyini əldən verib.









Redaktorun seçimi