Almaniya millisi bu dəfə də uduzdu - VİDEO

Hit: 374
Almaniya millisi bu dəfə də uduzdu - VİDEO

Millətlər Liqasının 3-cü turunda Fransa doğma meydanda Almaniya millisini qəbul edib.

Faktor.az xəbər verir ki, oyunda hesabı almanlar açıb. Kroos 18-cidəqiqədə penalti zərbəsini dəqiq vurub.

Lakin fransızlar oyunda dönüş yarada bilib. 62-ci dəqiqədə Qrizman hesabı bərabərləşdirib. 80-ci dəqiqədə isə Antuan Qrizman penalti zərbəsini dəqiqliklə yerinə yetirib və komandasına qələbə qazandırıb.

Turnir cədvəlinə 7 xalla Fransa başçılıq edir, 3 xalla Niderland ikinci, Almaniya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.









Redaktorun seçimi