Almaniya Fransaya da uduzdu, gürcilərdən inamlı qələbə - YENİLƏNİB

Hit: 432
Almaniya Fransaya da uduzdu, gürcilərdən inamlı qələbə - YENİLƏNİB

Bu gün UEFA Millətlər Liqasında 4-cü tura yekun vurulub.

Faktor.az xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən qarşılaşması A Liqasında keçirilib. Son dünya çempionu Fransa Almaniyanı qəbul edib. Almaniya məğlub olacağı təqdirdə, növbəti mərhələ şanslarını itirəcəkdi. Bu üzdən də matç başlayan kimi irəli atılan bundestim erkən qolla hesabı açıb. Amma qalan dəqiqələrdə iki qol vuran fransızlar əzmkar qələbəyə seviniblər.

B Liqasında Ukrayna Çexiya ilə, İrlandiya isə Uelslə qarşılaşıb. Ukrayna evdə, Uels isə səfərdə minimal hesabla qələbə qazanıb.

UEFA Millətlər Liqası

4-cü tur

16 oktyabr

A Liqası

1-ci qrup

Fransa - Almaniya 2:1

Qollar: Qrizmann, 62; 80-pen – Kroos, 14-pen.

B Liqası

1-ci qrup

Ukrayna - Çexiya 1:0

Qol: Malinovski, 43.

4-cü qrup

İrlandiya - Uels 0:1

Qol: H.Uilson, 58.

C Liqası

3-cü qrup

Norveç - Bolqarıstan 1:0

Qol: M.Elyunussi, 31.

Sloveniya - Kipr 1:1

Qollar: Skubiç, 83 - Papulis, 37.

D Liqası

1-ci qrup

Qazaxıstan - Andorra 4:0

Qollar: Seyidaxmet, 21. Turisbek, 39. Y.Qomes, 61-öz qapısına. Murtazayev, 74.

Latviya - Gürcüstan 0:3

Qollar: Kankava, 8. Qviliya, 29. Çaxvetadze, 61.

4-cü qrup

Ermənistan - Makedoniya 4:0

Qollar: Pitselli, 12. Movsisyan, 67. Qazaryan, 81. Mxitaryan, 90.

Cəbəllütariq - Lixtenşteyn 2:1

Qollar: Kabrera, 61. Çipolina, 66 - Salanoviç, 15.









Redaktorun seçimi