“Real”ın Modriçlə bağlı qərarı

Hit: 343
“Real”ın Modriçlə bağlı qərarı

“Real” İtaliya “İnter”inin qətiyyətlə istədiyi Luka Modriç haqqında qərarını verib.

Faktor.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “kral klubu”unun prezidenti Florentino Peres, PSJ-nin hücumçuları - Kilian Mbappe və Neymar ikilisindən birinin transferini həyata keçirsə, Modriçin İtaliyaya getməsinə icazə verəcək.

Kriştiano Ronaldonun komandadan ayrılmasından sonra qol vurmaq sarıdan çətinlik çəkən “Real”ın Neymar və ya Mbappeni alaraq, həm transfer bombasını partlatmaq, həm də 33 yaşlı Modriçi yüksək məbləğə “İnter”ə satmaq istədiyi deyilir.









Redaktorun seçimi