“Barselona”nın hücumçusu “İnter”ə lazım olmadı

Hit: 360
“Barselona”nın hücumçusu “İnter”ə lazım olmadı

“Barselona”nın hücumçusu Malkom karyerasını İtaliyada davam etdirmək istəyir.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu bu məqsədlə “İnter”ə xəbər göndərib.

Kataloniya klubunda əsas heyət üzünə həsrət qalan 21 yaşlı oyunçunun meneceri  bu yay onunla maraqlanan “neradzurra” rəhbərliyi ilə əlaqə saxlayıb. O, “sambaçı”nın birbaşa transferinə və ya icarə əsasında keçidinə hazır olduqlarını bildirib. Lakin əvvəlki formasından uzaq olan Malkom “İnter”ə lazım olmayıb. Milanlılar bunu rədd edərək, başqa transferlər planlaşdırdıqlarını bildiriblər.

Qeyd edək ki, Malkom “Barselona”ya bu yay “Bordo”dan keçib.









Redaktorun seçimi