Milimiz qələbəyə həsrət qaldı - YENİLƏNİB

Hit: 416
Milimiz qələbəyə həsrət qaldı - YENİLƏNİB

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində son turun oyunları keçirilir.

Faktor.az xəbər verir ki, Azərbaycan yığmasının mübarizə apardığı 5-ci qrupda mübarizəyə yekun vurulub.

Rəşad Sadıqovun yetirmələri son turda Norveçlə görüşüb. Bu matç sonuncu yeri rəsmiləşən millimiz üçün formal xarakter daşıyıb.

Hesabında qələbə olmayan yığmamız meydana təsəlli xarakterli qələbə üçün çıxıb. Səfərdə oynayan komandamız artıq 9-cu dəqiqədə penaltidən hesabı açıb. Fəhmin Muradbəyli fərqlənib.

Amma millimiz üstünlüyünü qoruya bilməyib. Matçın sonlarında qol buraxan Sadıqovun komandası 1 xalla kifayətlənib. Nəticədə qələbə nə olduğunu bilməyən yığmamız seçmə tsikli sonuncu pillədə başa vurub.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi

V qrup

16 oktyabr

Norveç – Azərbaycan - 1:1

Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9-p.

Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)

Drammen. “Marinlist” stadionu.

Qrupun digər iki oyunu

İsrail - Kosovo – 3:0

Almaniya – İrlandiya – 2:0









Redaktorun seçimi