Ən yüksək ödənişli müdafiəçi

Hit: 339
Ən yüksək ödənişli müdafiəçi

“Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu rəhbərliklə hərtərəfli razılıq əldə edib.

Şou “qırmızı şeytanlar”la yeni 5 illik sözləşmə imzalayacaq. Onun həftəlik məvacibi 100 mindən 160 min funt-sterlinqə yüksəldilib. Bununla Şou “mankunianlar”ın ən yüksək ödənişli müdafiəçisinə çevriləcək.

Qeyd edək ki, “Mançester Yunayted”də ən çox maaş alan futbolçu Aleksis Sançesdi (350 min funt-sterlinq).









Redaktorun seçimi