"Qarabağ"ın rəqibində itkilər

Hit: 327
"Qarabağ"ın rəqibində itkilər

Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Sportinq”in bir neçə futbolçusu zədəlidir.

Faktor.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin son olaraq brazilyalı hücumçusu Rafinya sıradan çıxıb.

O, sol ayağının bud əzələsindən xəsarət alıb. 21 yaşlı oyunçunun oktyabrın 20-də Portuqaliya Kubokunda “Lores” klubuna qarşı səfər matçını buraxacağı dəqiqləşib.

Komandanın bugünkü məşqini zədə səbəbindən Bas Dost, Jeremi Matyö, Luis Maksimiano da buraxıb. Matyö Avropa Liqasının 3-cü turunda “Arsenal”la ev oyununu da buraxacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Sportinq”lə ikinci oyunu noyabrın 29-da Bakıda olacaq. Komandalar arasında Lissabonda keçirilən görüş “Sportinq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.









Redaktorun seçimi