"Qarabağ"ın 5 qol vurduğu komandadan Usayn Bolta transfer təklifi

Hit: 349
"Qarabağ"ın 5 qol vurduğu komandadan Usayn Bolta transfer təklifi
Atletika karyerasını bitirdikdən sonra futbola başlayan və Avstraliyanın "Sentral Kost Mariners" klubunda forma geyinən Usayn Boltla bağlı yeni xəbər yayılıb.
 
Faktor.az Avstraliyanın "Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, yamaykalı sabiq atlet futbolçu karyerasını Avropada davam etdirə bilər. Belə ki, qəzet Cənubi Avropa ölkələrini təmsil edən klublardan birinin Bolta 2 illik müqavilə təklif etdiyini yazıb. Qəzet həmin klubun adını açıqlamayıb.
 
Amma Bolta təklif göndərən klubun Malta təmsilçisi "Valletta” olduğu müəyyənləşib. Bu barədə klubun baş direktoru Qasston Slimen ESPN telekanalına bildirib. 
 
Onun sözlərinə görə, "Valletta” 32 yaşlı idmançının keçidini dekabrın 13-də "Baltsan”la nəzərdə tutulan Malta Super Kuboku uğrunda oyuna qədər həll etməyi planlaşdırır.
 
Qeyd edək ki, "Valletta" 2014/15 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşıb və iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə (0:1, 0:4) uduzub.
 
Qeyd edək ki, "Sentral Kost Mariners"in heyətində ötən həftə "Makartur Saut Vest Yunayted" klubu ilə yoxlama oyununa çıxan Bolt dubl edib.








Redaktorun seçimi