Erməniləri yıxan futbolçuya Azərbaycandan transfer təklifi - RƏSMİ

Hit: 390
Erməniləri yıxan futbolçuya Azərbaycandan transfer təklifi - RƏSMİ
Cəbəllütariq millisinin tarixi qolunu vuran Jozef Çipolina Azərbaycanda da böyük rəğbət qazanıb. Artıq Ermənistanı yıxan qolun müəllifi ölkəmizə dəvət olunacaq.
 
Faktor.az xəbər verir ki, onun ölkəmizə qonaq kimi yox, futbol oynamağa çağırırlar. Bu barədə "azerisport.com”a "Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov bildirib.
 
Axundov deyib ki, "Keşlə” 30 yaşlı yarımmüdafiəçinin məxsus olduğu "Linkoln” klubuna Çipolinanın transferi ilə bağlı rəsmi təklif göndərib. Qarşı tərəfin cavabının nə olacağı hələlik məlum deyil.
 
Xatırladaq ki, Cəbəllütariq millisi İrəvanda Ermənistanı 1:0 hesabıyla məğlub etməklə tarixində ilk qələbəsini qazanıb.
 








Redaktorun seçimi