Milli üzvü “Liverpul”u tərk edir

Hit: 360
Milli üzvü “Liverpul”u tərk edir

“Liverpul”un müdafiəçisi Alberto Moreno kubunu dəyişəcək.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı futbolçunun mövsümün sonunda “qırmızılar”la vidalaşacağı dəqiqləşib.

26 yaşlı cinah oyunçusunun klubla müqavilə müddəti cari mövsümün sonuna qədərdi. Həm rəhbərlik, həm də futbolçu özü yeni sözləşmədə maraqlı deyil. Artıq yanvarın 1-dən etibarən o, digər klublarla danışıqlara başlaya biləcək.

Qeyd edək ki, Alberto Moreno “Liverpul”a 2014-cü ildə “Sevilya”dan keçib.









Redaktorun seçimi