Meyvezer Həbibin çağırışına cavab verdi - Növbəti kral yarışı nə vaxt olacaq?

Hit: 1870
Meyvezer Həbibin çağırışına cavab verdi - Növbəti kral yarışı nə vaxt olacaq?

Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun çağırışına cavab verib. 

Faktor.az xəbər verir ki, Meyvezer özünün “Twitter” səhifəsində bunu yazıb:

“CBS, Showtime и MGM Grand çek kitabçalarınızı hazırlayın. Həbib mənə çağırış etdi”.

 

Qeyd edək ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionuna çağırışında özünə rəqib görmədiyini deyib: 

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var - o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”.









Redaktorun seçimi