Millinin baş məşqçisi istefaya göndərildi

Hit: 321
Millinin baş məşqçisi istefaya göndərildi

Slovakiya millisinin baş məşqçisi Yan Kozak qovulub.

Faktor.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının 4-cü turunda evdə Çexiyaya məğlub olduqları oyundan (1:2) sonra istefaya göndərilib. Komandanı oktyabrın 16-da İsveçlə yoldaşlıq matçına Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq.

Yeni baş məşqçinin adına isə Millətlər Liqasının 5-ci turunun Ukrayna ilə oyununa kimi aydınlıq gələcək. Həmin qarşılaşma noyabrın 16-da keçiriləcək.

Qeyd edək ki, 2013-cü ildən Slovakiyanı çalışdıran Kozakın əsas uğuru AÇ-2016-da komandanı 1/8 finala çıxarması olub. Millətlər Liqasında isə yığma çexiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi hər iki oyunda məğlub olub.









Redaktorun seçimi