Lövlə bağlı qərar verildi

Hit: 368
Lövlə bağlı qərar verildi

Almaniya Futbol İttifaqı millinin baş məşqçisi Yoahim Lövlə bağlı qərarını verib.

Faktor.az "Bild"ə istinadən xəbər verir ki, qurum nəticələrdən narazı olsa da, 58 yaşlı mütəxəssisi hətta UEFA Millətlər Liqasında Fransaya uduzacaqları təqdirdə belə, istefaya göndərməyi planlaşdırmır.

Bildirilib ki, qurum millinin Hollandiyaya məğlub olduqları oyuna (0:3) az vaxt ərzində hazırlaşdığını hesab edir. Buna görə də  Y.Lövü mart ayından tez istefaya göndərməyi düşünmür. Almaniya Futbol İttifaqının Fransa ilə oyunda baş məşqçidən start heyətində millidəki xidmətləri və uğurlarından asılı olmayaraq, fərqli futbolçulara şans verəcəyini gözlədiyi vurğulanıb.

Qeyd edək ki, Almaniya A Liqasının 1-c qrupunda 1 xalla sonuncu pillədədir.









Redaktorun seçimi