Yığmamızda dəyişiklik

Hit: 345
Yığmamızda dəyişiklik

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Faktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Samir Qurbanov zədəli olduğu üçün heyətdən çıxarılıb.

Kamran Quliyev və Murad Mahmudov isə klubunun rəsmi çempionat oyunu ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.

Əvəzində Rüfət Abdullazadə hazırlıq prosesinə qoşulub.









Redaktorun seçimi