Autsayderin Bakı bayramı

Hit: 386
Autsayderin Bakı bayramı

Fotoda oyundan sonra paltardəyişmə otağında bərabərlik sevincinin yaşandığı an əks olunub. 30-a yaxın pizza qutusunun stolun üzərində olması isə müzakirə mövzusuna çevrilib.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə Bakıda bərabərə qalan (1:1) Malta yığması bunu böyük coşğu ilə qeyd edib.

Faktor.az xəbər verir ki, komanda üzvlərinin qarşılaşmadan sonra sosial şəbəkədə paylaşdıqları şəkil xüsusi diqqət çəkib.

Həmin fotoda oyundan sonra paltardəyişmə otağında bərabərlik sevincinin yaşandığı an əks olunub. 30-a yaxın pizza qutusunun stolun üzərində olması isə müzakirə mövzusuna çevrilib. Belə ki, əksər maltalılar bunun çılğınlıq olduğunu və futbolçuların bu hadisədən sonra müayinəyə ehtiyac duyduqlarını düşünür.

Qeyd edək ki, D Liqasının 3-cü qrupunda 4 turdan sonra Maltanın aktivində cəmi 2 xal var. Autsayder hər iki xalı məhz yığmamızdan alıb.









Redaktorun seçimi