Güləşçimiz Olimpiya çempionu oldu

Hit: 348
Güləşçimiz Olimpiya çempionu oldu

Argetinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.

Faktor.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov bütün rəqiblərinə qalib gələrək, olimpia çempionu adını qazanıb.

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini məğlub edib. Bayramov 2-ci görüşdə Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub.

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb və qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycanın aktivinə yazılan beşinci medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc, ağır atlet Tarmenxan Babayev gümüş, güləşçi Şahanə Nəzərova (43 kq) isə bürünc medal qazanıb.









Redaktorun seçimi