Useyn Boltun futbolda ilk qolları - VİDEO

163 dəfə oxunub
Useyn Boltun futbolda ilk qolları - VİDEO

Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu, Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners" komandasının hücumçusu Useyn Bolt futbolda ilk qollarını vurub.

Faktor.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, "Makartur Saut Vest Yunayted" klubuna qarşı yoldaşlıq oyununda start heyətində meydana çıxan Bolt dubl edib. Görüş isə "Sentral Kost Mariners"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra vurduğu qollarla bağlı təəssüratlarını bölüşən yamaykalı sevincli olduğunu gizlətməyib: "İlk dəfə start heyətində meydana çıxdığım oyunda 2 qol vurdum. Təəssüratlarım əladır. Şadam ki, bura gəlib, bütün dünyaya inkişaf etdiyimi göstərirəm. "Mariners"də oynamaq, meydana çıxmaq və öz bacarığımı göstərmək istəyirəm".

Qeyd edək ki, Useyn Bolt bu yay sözügedən klubun heyətinə qatılmaqla futbolçu karyerasına başlayıb.



Redaktorun seçimi