Riçard birinci, Qara üçüncüdür

143 dəfə oxunub
Riçard birinci, Qara üçüncüdür

Milli komandamızın üzvləri Riçard Almeyda və Qara Qarayev UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyun günündən sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında ilk 3-lükdə qərarlaşıblar.

Faktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı milliləşmiş yarımmüdafiəçi 3 oyunda 215 dəqiq ötürmə ilə siyahıya başçılıq edi. Qarayev isə 3-cü pillədə yer alır. Onun ehtiyatında 201 ötürmə var. “Qarabağ”ın futbolçusu İspaniya millisinin üzvü Serxio Ramosdan cəmi 3 ötürmə az edib.

Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz dünən səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəlib.



Redaktorun seçimi