"Biz Azərbaycan millisindən daha yaxşı oynadıq" - Lars Olsen

156 dəfə oxunub
"Biz Azərbaycan millisindən daha yaxşı oynadıq" - Lars Olsen

"İlk hissədə kifayət qədər qol imkanımız oldu. Komandam rəqibdən daha yaxşı oynadı. Ancaq ikinci hissədə davamını gətirə bilmədik".

Faktor.az xəbər verir ki, bu sözləri Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının 3 turunda evdə millimizə 0:3 hesabı ilə məğlub olduqları oyun haqda danışarkən deyib. Məğlubiyyəti şərh edən mütəxəssis qol vura bilməmələrindən şikayətlənib:

"Bu qədər şansı boşa verəndə rəqib səni cəzalandırır. İkinci hissədə hesabı bərabərləşdirmək üçün imkanlarımız oldu. Amma istifadə edə bilmədik. Qol vurmalı olduğumuzu bilirdik, ona görə də ilk dəqiqələrdən topa nəzarət etməyə çalışdıq. Deyərdim ki, istədiyimiz alındı, sadəcə, adi səhvlərdən qollar buraxdıq”.

Olsen Azərbaycanın heç nə ilə fərqlənmədiyini bildirib: “Təəssüf ki, əvəzetmədən meydana daxil olanlar da vəziyyəti dəyişə bilmədilər. Bilirdik ki, oyun belə alınacaq. Odur ki, Azərbaycanın bizi nə iləsə təəccübləndirdiyini deyə bilmərəm. Bundan sonra qalan oyunlara köklənməliyik. Ancaq reaallıq budur ki, qarşıdakı 3 oyunda qazana biləcəyimiz mümkün qələbə belə bizim üçün heç nəyə təminat verməyəcək”.

Qeyd edək ki, səfərdə Farer adaları üzərində qazanılan qələbə millimizi qrupda ikinci pilləyə yüksəldib.



Redaktorun seçimi