Dmitri Nazarov Qurban Qurbanova şərik oldu

91 dəfə oxunub
Dmitri Nazarov Qurban Qurbanova şərik oldu

Azərbaycan millisinin bombardirləri sırasında dəyişiklik olub.

Faktor.az xəbər verir ki, Millətlər Liqasının Farer adaları ilə səfər görüşündə (3:0) fərqlənən Dmitri Nazarov yığmada qol sayını 7-yə çatdırıb.

Bununla, yarımmüdafiəçi millinin 26 illik tarixinin bombardirləri siyahısında “altılığ”a düşüb. Rauf Əliyev, Elvin Məmmədov və branimir Subaşiçə çatan Dmitri 3-6-cı yerləri bölüşür. Onlar ancaq Qurban Qurbanov (14) və Vaqif Cavadovdan (9) geri qalır.

Ümumi siyahıda 3-cü yerə şərik çıxan Nazarov həm də rekordu təkrarlayıb. O, rəsmi turnirlər – dünya və qitə çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında ən çox qol vuran futbolçu ünvanına şəriklərə qoşulub. Belə ki, Dmitri 5-ci belə qolunu vurub.

İndiyədək rəsmi matçlarda iki futbolçu – yığmamızın indiki baş məşqçisi Qurban Qurbanov və Vaqif Cavadov hamıdan çox – 5 dəfə fərqlənmişdi. Qurbanova 2-ci şərik olan Nazarov cəmi 3 gündən sonra mütləq rekordçu da ola bilər. Bunun üçün yarımmüdafiəçi Maltaya qol vurmalıdı.



Redaktorun seçimi