"Barselona" "Ayaks"la danışıqlara başladı

148 dəfə oxunub
"Barselona" "Ayaks"la danışıqlara başladı

"Ayaks"ın müdafiəçisi Mateys de Liqt karyerasını “Barselona”da davam etdirə bilər.

Faktor.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu artıq 19 yaşlı futbolçunun keçidi üçün Amsterdam təmsilçisi ilə danışıqlara başlayıb. Gənc oyunçunun özünün də İspaniya nəhənginə keçmək istədiyi iddia olunur.

Qeyd edək ki, “Ayaks”ın öz yetirməsi olan de Liqt 2016-cı ildə əsas komandada debüt edib. Bu mövsüm Hollandiya çempionatında 7 oyunun hamısında əsas heyətdə meydana çıxan müdafiəçi 1 qol vurub.



Redaktorun seçimi