Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər - FOTO

184 dəfə oxunub
Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər - FOTO

UEFA Millətlər Liqasının üçüncü turunda bu gün keçirilməsi nəzərdə tutulan  Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər.

Faktor.az xəbər verir ki, buna səbəb dumanlı hava şəraitidir. Hazırda "Torsvollur" stadionunu qatı dumana bürünüb və çiskinli hava hökm sürür.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən qapıdan meydanın mərkəzi görünmürsə, oyun təxirə salınmalıdır.

Xatırladaq ki, Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.

 



Redaktorun seçimi