Millimiz ilk qələbəni darmadağınla qazandı - YENİLƏNİB - VİDEO

250 dəfə oxunub
Millimiz ilk qələbəni darmadağınla qazandı - YENİLƏNİB - VİDEO

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

Faktor.az xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdəki ilk qalibiyyəti olub. Qələbə ilə xalını 5-ə çatdıran yığmamız turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Digər görüşdə Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək liderliyini qoruyub.

Qeyd edək ki, komandamız növbəti turda Malta ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun oktyabrın 14-də saat 20:00-da başlayacaq.

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup

II tur

11 oktyabr

Farer adaları – Azərbaycan - 0:3

Qollar: Riçard Almeyda, 28;86; Dimitri Nazarov, 67;

Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)

Torşavn, “Torsvullur” stadionu



Redaktorun seçimi