“Monako”da baş məşqçi istefası

144 dəfə oxunub
“Monako”da baş məşqçi istefası

“Monako”nun baş məşqçisi Leonardo Jardim istefa verib.

Faktor.az xəbər verir ki, 2014-cü ildən “Knyazlıq klubu”na rəhbərlik edən portuqaliyalı mütəxəssis uğursuz nəticələr üzündən postundan ayrılıb.

Belə ki, 9 turdan sonra cəmi 1 qələbəsi olan “Monako” 6 xalla 18-ci pillədə qərarlaşıb.

Jardimin rəhbərliyi altında 2016/17 mövsümündə Fransa çempionu olan monakolular həmin il Çempionlar Liqasının yarımfinalına yüksəlib. Mütəxəssis 2016/17 mövsümündə Liqa1-in ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, 2015/16 mövsümündə Jardimin rəhbərlik etdiyi “Monako” Avropa Liqasınınq qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olub. Fransa təmsilçisi həmin matçlarda 4 xal qazanıb – 1:0, 1:1.



Redaktorun seçimi