Con Terri məşqçi təyin olundu

125 dəfə oxunub
Con Terri məşqçi təyin olundu

Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran əfsanəvi ingiltərəli oyunçu Con Terri fəaliyyətini məşqçi kimi davam etdirəcək.

Faktor.az xəbər verir ki, o, “Aston Villa” klubunda baş məşqçinin köməkçisi təyin olunub. Baş məşqçi vəzifəsi isə Tin Smitə həvələ olunub. Artıq Birmingem klubunun saytı da təyinatlarla bağlı açıqlama yayıb.

Qeyd edək ki, 37 yaşlı Con Terrinin futbolçu kimi son klubu da məhz “Aston Villa” olub. O, ötən mövsüm bu komandada 36 oyun keçirib və 1 qol vurub.



Redaktorun seçimi