Gimnastımız Olimpiya çempionu oldu

172 dəfə oxunub
Gimnastımız Olimpiya çempionu oldu

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Faktor.az xəbər verir ki, gimnastımız Yelizaveta Luzan qrup üzrə lent yarışında birinci yeri tutub.

Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.



Redaktorun seçimi