Argentinalı futbolçu karyerasını bitirdi

133 dəfə oxunub
Argentinalı futbolçu karyerasını bitirdi

Argentina millisinin sabiq müdafiəçisi Nikolas Burdisso butslarını mıxdan asmağa qərar verib.

Faktor.az xəbər verir ki, səbəbkar "İnstaqram”dakı hesabında belə yazıb:

"Karyeramı başa vurmağın vaxtı çatdı. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə minnətdaram”.

37 yaşlı Nikolas karyerasına 1999-cu ildə yetirməsi olduğu "Boka Xuniors”da başlayıb. Arxa xətt oyunçusu 5 il ölkəsində top qovduqdan sonra 2004-cü ildə İtaliya "İnter”inə yollanıb. Milan təmsilçisində keçirdiyi 5 ildə 4 dəfə İtaliya çempionu olan müdafiəçi 2009-cu ildə "Roma”ya keçib. 5 il də "canavarlar"ın uğurları üçün çalışan Burdisso 2014-də "Cenoa”ya üz tutub. Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu "Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qol vurub.



Redaktorun seçimi