“Qalatasaray”ın borcu "başından" aşdı

123 dəfə oxunub
“Qalatasaray”ın borcu "başından" aşdı

“Qalatasaray”ın İdarə Heyətinin iclasında klubun borcları açıqlanıb.

Faktor.az yerli mətbuata istinadən xəbər verir ki, vitse-prezident Kaan Kançal bu barədə raport təqdim edib.

O bildirib ki, iyunun 30-dan etibarən klubun və şəriklərinin ümumi borcu 2 milyard 689 milyon lirədi. Bu isə təxminən 386 milyon avroya yaxın məbləğdi. Əvəzində klubun 1 milyard 463 milyon lirə (210 milyon avro) alacağı var.

Alacaqları çıxsaq, “Qalatasaray” və şəriklərinin ümumilikdə 1 milyard 226 milyon lirə (176 milyon avro) borcu qalır.



Redaktorun seçimi