Farer adaları - Azərbaycan: Heç-heçə olsa...

139 dəfə oxunub
Farer adaları - Azərbaycan: Heç-heçə olsa...

Millətlər Liqasının III turunda Farer adaları ilə qarşılaşacaq Azərbaycan yığması heç-heçə rekordunu təkrarlaya bilər.

Faktor.az xəbər verir ki, ilk iki oyunda sülhlə kifayətlənən Qurban Qurbanovun yetirmələri meydandan yenə 1 xalla ayrılsa, seriyasını 3-ə çatdıracaq.

Bu isə millimizin tarixində rekordun təkrarı olacaq. Söhbət rəsmi xarakterli görüşlərdəki heç-heçə seriyalarından gedir. 1994-cü ildə beynəlxalq arenaya çıxan yığmamız yalnız bir dəfə üç rəsmi matçda bərabərliyə imza atıb. Bu hadisə DÇ-2016-nın seçmə mərhələsində yaşanıb.

Həmin vaxt Robert Prosineçkinin yetirmələri Norveçlə səfərdə, Xorvatiya ilə Bakıda qolsuz heç-heçə etmişdi. Malta ilə səfər görüşündə isə rəqiblər hərəyə 2 dəfə fərqlənmişdi

Qeyd edək ki, millimiz ötən ay keçirdiyi ilk iki turda evdə Kosovo ilə 0:0, səfərdə Malta ilə 1:1 hesablı heç-heçə edib.



Redaktorun seçimi