Benzemaya milli komanda şoku

159 dəfə oxunub
Benzemaya milli komanda şoku

"Real"ın futbolçusu Kərim Benzema Fransa millisinə çağırılmayacaq.

Faktor.az xəbər verir ki, bu barədə Fransa  Futbol Federasiyasının prezidenti Noel Le Qraet yerli mətbuata məlumat verib. O, 2015-ci ildən bəri milli komandaya çağırılmayan 30 yaşlı hücumçunun yaxşı formada olmadığını vurğulayıb: "Benzemanın milliyə çağırılma şansı qalmayıb. Uzun zamandır ki, yaxşı formada da deyil".

Qurum rəhbəri Benzema ilə "Fənərbaxça"nın futbolçusu Mateu Valbuena arasındakı məhkəməyə də münasibət bildirib: "Benzema ilə Valbuena arasındakı məhkəmə 3-4 ildir ki, davam edir. Qərar çoxdan çıxmalı idi. Bu məsələ də Benzemanın vəziyyətini çətinləşdirir".

Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.



Redaktorun seçimi