“Vorskla” “Qarabağ”la oyun üçün kampaniyaya başladı

124 dəfə oxunub
“Vorskla” “Qarabağ”la oyun üçün kampaniyaya başladı

“Vorskla” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək oyunla bağlı kampaniyaya başlayıb.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər ki, məqsəd qarşılaşmaya azarkeş toplamaqdı.

Belə ki, Ukrayna təmsilçisi fanatlara ucuz qiymətə bilet əldə etmək imkanı verir. Lakin bunun üçün potavalıların bu kampaniyadakı tərəfdaşı olan “Fan&Play” mağazasından alış-veriş etmək vacibdi. Həmin mağazadan alış-veriş edən istənilən şəxsə 300 qrivnadan (18 manatdan) baha biletlər 50 faiz endirim olacaq.

Qeyd edək ki, “Vorskla” – “Qarabağ” oyunu noyabrın 8-də 24 min 795 tamaşaçı tutumuna malik “Aleksey Butovski” stadionunda keçiriləcək.



Redaktorun seçimi