Kapitan gedir - 11 illik karyeranın sonu

Hit: 355
Kapitan gedir - 11 illik karyeranın sonu

İtaliya A Seriyasında mübarizə aparan “Napoli”nin kapitanı Marek Hamşik qış transfer dövründə komandadan ayrılacaq.

Fakror.az İtaliyanın “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, slovakiyalı futbolçu yanvar ayında “Napoli”dən ayrılacaq. Baş məşqçi Karlo Ançelottinin heyətdə düşünmədiyi Hamşik, bu mövsüm İtaliya çempionatında keçirdiyi 5 oyundan yalnız birində 90 dəqiqə meydanda olub.

11 ildir “Napoli”nin şərəfini qoruyan yarımmüdafiəçinin Çin klublarının hədəfində olduğu iddia edilir.









Redaktorun seçimi