"Beşiktaş" Avropa Liqasına darmadağınla başladı - VİDEO

Hit: 312
"Beşiktaş" Avropa Liqasına darmadağınla başladı - VİDEO

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib.

Faktor.az xəbər verir ki, artıq 6 qrupda 12 görüş keçirilib. Türkiyə təmsilçilərindən "Beşiktaş" Norveç "Sarpsborq"unu darmadağın edib - 3:1.

Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib. Rəqibin son dəqiqədə vurduğu qol isə qonaqlara təsəllidən başqa bir şey olmayıb.









Redaktorun seçimi