“Qarabağ” “Sportinq”ə məğlub oldu - YENİLƏNİB - VİDEO

Hit: 1660
“Qarabağ” “Sportinq”ə məğlub oldu - YENİLƏNİB - VİDEO

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Faktor.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu Portuqaliyada yerli “Sportinq”lə üz-üzə gəlib. Lissabondakı “Joze Alvalade” stadionunda baş tutan görüş iki ölkənin klublarının ilk dueli kimi tarixə düşüb.

Qarşılaşmaya gəlincə, meydan sahibləri ikinci hissədə vurduqları qollar sayəsində Azərbaycan çempionuna qalib gəliblər.

“Qarabağ”ın yer aldığı E qrupunun digər oyununda İngiltərənin “Arsenal” klubu evdə Ukrayna “Vorskla”sı ilə üz-üzə gəlib. London klubu rəqibini məğlub yola salıb.

UEFA Avropa Liqası

E qrupu

20 sentyabr

"Sportinq" - "Qarabağ" - 2:0

Qol: Rafinya, 54. Covane Kabral, 88.

Hakimlər: Fransua Leteksiye, Siril Munyo, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa).

Lissabon. "Joze Alvalade" stadionu.









Redaktorun seçimi