“Neftçi”də təqdimat - FOTO

Hit: 329
“Neftçi”də təqdimat - FOTO

“Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimat mərasimi keçirilib.

Faktor.az xəbər verir ki, tədbirdə klubun prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, əsas komandanın baş məşqçisi Roberto Bordin, klub rəsmiləri və akademiyanın məşqçiləri iştirak ediblər.

Təqdimat mərasimində Mik Benet "Neftçi” Futbol Akademiyasında görüləcək işlərdən danışıb, öz futbol fəlsəfəsini məşqçilərlə bölüşüb. Faydalı işbirliyinə inandığını bildirən 55 yaşlı ingiltərəli mütəxəssis məşqçiləri maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, Mik Benetlə 1 illik müqavilə bağlanıb. O, 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-2011), "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdi.









Redaktorun seçimi