“Neftçi” arzuolunmaz rəqib üzərində 2-ci qələbə ümidində - VİDEO

Hit: 293
“Neftçi” arzuolunmaz rəqib üzərində 2-ci qələbə ümidində - VİDEO

Mövsümə uğurla başlayan “Neftçi” 4 oyundan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Faktor.az xəbər verir ki, sözügedən kollektiv Topaz Premyer Liqasının 5-ci turunda sentyabrın 22-də "Zirə”nin qonağı olacaq. "Dalğa Arena”ya təyin edilən oyunun start fitinin saat 20:30-da səslənməsi nəzərdə tutulub.

"Zirə” "Neftçi” üçün heç də uğurlu rəqib deyil. Statistika da bunu deyir. “Ağ-qaralar” zirəlilərlə indiyədək 12 çempionat matçında qarşılaşıb. Bu rəqiblə 1 görüşdə qələbə və 3 heç-heçəyə imza atan “Neftçi” digər oyunlarda 1-i texniki olmaqla 8 dəfə uduzub. Top fərqi də “Zirə”nin xeyrinədi – 15:7.

Bu rəqiblə yeganə qalibiyyət səfər matçında olub. Digər 5 oyunda yenilən “Neftçi” top fərqində də geridədi – 3:8.

“Neftçi”nin "Zirə” üzərində yeganə qələbəsi bu komanda ilə son qarşılaşmaya təsadüf edir. Ötən mövsümün dördüncü dövrəsində "Neftçi” 3:0 hesabı ilə qalib gəlmişdi. Aprelin 15-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüşdə “Neftçi”nin qollarını Rəhman Hacıyev, İqnasio Herrera və Rəşad Sadiqov vurmuşdu.









Redaktorun seçimi