Serxio Ramosdan ÇL-də yeni antirekord

Hit: 350
Serxio Ramosdan ÇL-də yeni antirekord

İspaniyanın “Real” (Madrid) klubunun müdafiəçisi Serxio Ramos UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Faktor.az xəbər verir ki, komandasının 3:0 hesablı qələbəyə sevindiyi oyunda ispaniyalı futbolçu sari vərəqə alıb. Bu, onun ÇL-də 37-ci sarı vərəqəsi olub.

Ramos bununla qitənin ən nüfuzlu klub turnirində rekord müəyyənləşdirib. Buna qədər rekord “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulza məxsus idi - 36 sarı vərəqə.

Ramos La Liqa və İspaniya yığmasının tarixində də ən çox sarı vərəqə almış futbolçudur. O, La Liqada 162 dəfə oxşar aqibətlə üzləşib.









Redaktorun seçimi